Bu ilin sonunadək Azərbaycanda hər bir kənd yüksəksürətli internetlə təmin ediləcək

Bu ilin sonunadək Azərbaycanda hər bir kənd yüksəksürətli internetlə təmin ediləcək.
BAKU.WS-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" Innovasiya Sammitində deyib.
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
S. Məmmədov qeyd edib ki, hazırda ölkədə minimum internet surəti isə 100 meqabit olaraq təklif edilir.
"Həmçinin ölkənin 98%-i fiber optik internetlə təmin edilib. Bu ilin sonuna Azərbaycanda irili-xırdalı hər bir kənd yüksək surətli internet xətti ilə təmin ediləcək", - o deyib.
Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Oxşar xəbərlər
Şamaxı və İsmayıllıda yaşayış evləri TİKİLƏCƏK
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Şamaxı və İsmayıllı ra...
