Bu il Həcc ziyarətinin qiyməti açıqlanıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib.
Bu barədə BAKU.WS-ə QMİ-dən bildirilib.
Qeyd edilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.
Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.
Həcc ziyarətinə getmək üçün aşağıdakı sənədlər tələb edilir:
1. Xarici pasport;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4. Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.
Oxşar xəbərlər
Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcək
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu sabah (iyunun 29-da) Səudiyyə Ərəbistanına yola düşəcək. BAKU.WS Report-a istinadla xəbər ver...