Bu il hansı abidələrdə bərpa və yenidənqurma işləri aparılır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il bir sıra tarixi-mədəniyyət abidələrində təmir-bərpa işləri həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası bu il də davam etdirilir.
“Hazırda Ağstafa rayonunda “Sınıqkörpü”, Şabran rayonunda “Çıraqqala”, Qazax rayonunda müəllimlər seminariyası və onun yaxınılığında yerləşən ”İsrafil ağa hamamı” tarixi-mədəniyyət abidələrində təmir-bərpa işləri həyata keçirilir”, - deyə əlavə edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...