Bu il fəaliyyətə başlayan məktəbə ikinci dəfə direktor təyin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru Ələkbər Niftiyev vəzifəsindən azad olunub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Artıq həmin məktəbin direktor səlahiyyətlərinin icrası Rzayev Abdul Sarbala oğluna həvalə olunub. A.Rzayev bundan əvvəl sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ə.Niftiyev isə hazırda fəaliyyətini Cəlilabad Rayon Təhsil Şöbəsində Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində davam etdirir.
Qeyd edək ki, ötən il sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin tikintidən sonra açılış mərasimi olub.
624 şagird yerlik tədris binasında 25 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq kabinetləri də var.
Oxşar xəbərlər
Azərbaycanda yeni məktəblər açılıb - FOTO
Bu gün Qazax rayonu Qaymaqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Qazaxda yeni tikilmiş məkt...