Azərbaycanda yeni məktəblər açılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Qazax rayonu Qaymaqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Qazaxda yeni tikilmiş məktəb 180 şagird yerlikdir. Bildirilir ki, tədris binasında 9 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışa qədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.Eyni zamanda bu gün Şəki rayonu Qumux və Baltalı kəndlərində də yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi keçirilib.
Məlumata görə, Qumux kənd tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri var.
Şəki rayonu Baltalı kəndində yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə isə 13 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq, məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları var.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...