Bu il evlənən və boşananların sayı açıqlandı

29
okt
2019
16:44
2019-cu ildə nikaha daxil olan və boşananların sayı açıqlanıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2019-cu ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 42 163 nikaha daxilolma, 11 317 boşanma halları qeydə alınıb.Qeydə alınan nikahlardan 857-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 686-sı isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 7000-ə yaxın uşağı olmayan ailə boşanıb
Ötən il Azərbaycanda, ümumilikdə, qeydə alınan 14 857 boşanma halının 6559-u uşaqsız ailələrdə baş verib.“Report” xəbər verir ki, uşaqlı boşanan ailələrin sayı...
