Bu il Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınıb.
Ərizəçilər arasında Cənubi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...