Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Tələbə Krediti Fondu (TTKF) yaranandan (2021-ci ilin noyabr ayından) bu günə qədər imzalanan təhsil tələbə kredit (TTK) müqavilələrinin sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə TTKF məlumat yayıb.
Bildirilib ki, həmin müddətdə dövlət ali təhsil müəssisələrində 62 150, özəl təhsil müəssisələrində isə 16 923 kredit müqaviləsi bağlanılıb.
Ən böyük müqavilə sayı 54 689 kreditlə bakalavriat pilləsinə məxsusdur. Magistratura səviyyəsində 18 703, orta ixtisas təhsili üzrə 5 061, peşə təhsili üzrə isə 620 kredit müqaviləsi imzalanıb.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...