Bu gündən Azərbaycanda polietilen torbalar pulla satılır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bu gündən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb.
BAKU.WS xəbər verir ki, ölçüsündən və növündən asılı olaraq məhsul 1, 3 və 5 qəpiyə satılacaq.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə ünvanladığı məktubda deyilir ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Oxşar xəbərlər
Bu tarixdən etibarən marketlərdə polietilen torbalar ödənişli olacaq
Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq. Bununla bağlı BAKU.WS-ə "Ticarət Şəbəkələrinin İnkişafı...