Bu gün səfərə çıxan sürücülərə VACİB XƏBƏR

Bu gün səfərə çıxan sürücülərə VACİB XƏBƏR
Sosial 196

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə bildirilib ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır:

"Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır. BDYPİ həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır".

Oxşar xəbərlər

Bu bürclərə hamının yazığı gəlir

Bu bürclərə hamının yazığı gəlir

Astrologiya mütəxəssislərinin fikrincə, bəzi bürclər həssas və empatik xarakterləri ilə seçildikləri üçün ətrafdakılarda onlara qarşı yazıq hissi oyadır. BAKU.W...

155 Sosial 21:32 04 dekabr 2025

Son xəbərlər