“Bu gün evlənib, sabah boşanırlar” – İsmayıllının 13 uşaqlı ailəsinin firəvan həyatı – VİDEO
22
mar
2018
10:40
9-u oglan 4-ü qız olmaqla 13 övlad sahibi olan Sadıqovlar ailəsi İsmayıllı rayonunun Qəzli kəndində yaşayır.ARB Şəki xəbər verir ki, Cavanşir dayının ailəsi respublikada olan çoxuşaqlı ailələrdən hesab olunur.13 övladı boya başa çatdırıb, nəvə nəticə sahibi olan Cavanşir dayının 32 nəvə, 5 nəticəsi var. Övladlarının arasında dövlət işçiləri, vətən keşiyində olan da var, Azərbaycanın adını başqa ölkələrdə ucaldan da. Nəticəsinin avropa və dünya çempionatlarında Azərbaycan bayrağını qaldırdığını fəxrlə söyləyən Cavanşir dayı deyir ki, onun üçün ailə üzvlərinin hər birinin öz yeri var. Həyatın keşməkeşləri, çətinlikləri ailəni daha da gücləndirib, möhkəmləndirib. Övladlarının, nəvələrinin adlarını bəzən səhv saldıqlarını xos təəssüratlarla yada salan Cavanşir dayı həyat yoldaşı Firqiyyə xanım ilə birlikdə özlərini ən xoşbəxt insanlardan biri hesab edirlər. Aralarında olan hörməti, xoş münasibəti qoruyub saxlıyan ailə, gənc ailələrə də məsləhəti unutmadılar.Ailə kiçik dövlət kimidir. Ailə insanların həyatı baxımından müqəddəs bir dəyər, təməldir. Dəyərlərimizi qoruyaq ki, təməlimiz möhkəm olsun.BAKU.WS
Oxşar xəbərlər
Məşhurların toy macəraları: "Cavanşir gəlin imiş" (VİDEO)
ARB Ulduz-un “Virtual həyat” proqramında bu dəfə məşhurların başlarına gələn ən maraqlı hadisələrdən söz açılıb.BAKU.WS-in məlumatına görə, yaşam tərzlərini toy...