Bu gün əlavə buraxılış imtahanı keçirilir

Bu gün əlavə buraxılış imtahanı keçirilir
Sosial 75

Bu gün Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilir.

BAKU.WS xəbər verir ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün 15 rayon və şəhərdə imtahan keçiriləcək

Bu gün 15 rayon və şəhərdə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirəcək. BAKU.WS xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir,...

140 Sosial 08:04 11 avqust 2021

Son xəbərlər