Bu ərazilərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.
Oxşar xəbərlər
Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq
Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, eləcə də Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxslə...