Bu ərazilərdə minifutbol meydançaları yenilənəcək - 1,2 milyonluq LAYİHƏ
"Azəridmanservis" MMC Bakı şəhəri və bir sıra bölgələrdə yerləşən minifutbol meydançalarının təmir və bərpasını həyata keçirəcək.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 1 milyon 244 min manat təşkil edir.
Təmir və bərpa işləri Bakı şəhərinin Hövsan, Müşviqabad və Sabunçu qəsəbələrində, eləcə də Şirvan şəhəri, Ağdaş və Bərdə rayonlarında yerləşən minifutbol meydançalarını əhatə edəcək.
Layihəyə əsasən, meydançalarda köhnə və yararsız süni ot örtüyü yenisi ilə əvəz olunacaq, sıradan çıxmış metal tor hasarlar sökülərək yenidən quraşdırılacaq, yeni dirəklər və beton özüllər hazırlanacaq. Həmçinin meydançaların ətrafındakı qoruyucu tor sistemi tam yenilənəcək və möhkəmləndiriləcək.
Qeyd edək ki, məqsəd mövcud idman meydançalarının təhlükəsizliyini artırmaq, onların istismar vəziyyətini yaxşılaşdırmaq və sakinlərin, xüsusilə də gənclərin müasir şəraitdə idmanla məşğul olması üçün əlverişli şərait yaratmaqdır.
Oxşar xəbərlər
Bakının mərkəzində bəzi obyektlər sökülür
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin "böyük meydan" adlanan ərazisində söküntü işlərinə başlanılıb. BAKU....