Bu ərazidə ucuz qiymətə istirahət etmək olar - Bayram günlərdə...
Yeni il bayramı yaxınlaşdıqca istirahət planları da dəqiqləşir və ən çox verilən suallardan biri harada daha sərfəli, harada isə daha bahalı tətil keçirməyin mümkün olması ilə bağlıdır.
BAKU.WS-iin məlumtına görə, bayram ab-havası, qarlı mənzərələr və xüsusi şənlik proqramları ilə seçilən bölgələr bu dövrdə xüsusilə diqqət çəkir.
Məhz bu səbəbdən Yeni il mövsümündə ölkə üzrə otel qiymətlərinin regionlara görə necə formalaşması həm istirahət həvəskarları, həm də turizm bazarını izləyənlər üçün maraq doğurur.
Turizm eksperti Ceyhun Aşurov BAKU.WS-ə bildirib ki, bayramla əlaqədar ən münasib qiymətlər hazırda Gəncə istiqamətində qeydə alınır:
"Gəncə istiqamətində iki gecə qalmaqla və Yeni il şənliyi daxil olmaqla, otellərin qiyməti 500-600 manat arasında dəyişir.
Nəzərə almaq lazımdır ki, Gəncəyə sürət qatarı da işləyir. Qiymətlərin nisbətən ucuz olması bu isitqamətə səfər planlaşdıranların sayına təsir edir.
Eyni zamanda hazırda tələb və təklifə görə Gəncə istiqamətində bir çox yeni otellər açılıb. Bu otellərin bir çoxu digər regionlarla müqayisədə daha əlverişli qiymətə təklif olunur. Həmçinin restoran, iaşə obyektlərinin qiymətləri digər regionlarla müqayisədə təxminən 30-40 faiz daha aşağıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
AYNA: Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Saatlı-Masallı və Qazax-Gəncə şəhərlərarası, eləcə də 140A, 511, 553 və 554 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib....