Bu dövlət idarəsi ləğv edilir - Səlahiyyətləri nazirliyə verilir
04
noy
2021
12:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv ediləcək.
BAKU.WS "qaynarinfo"ya istinadən xəbər verir ki, idarənin tabeliyindəki təhsil müəssisələri Təhsil Nazirliyinə təhvil veriləcək. Artıq bununla bağlı layihə hazırlanıb və müvafiq qurumlara təqdim edilib.
Layihəyə baxıldıqdan sonra qarşıdakı aylarda təsdiq olunacağı gözlənilir.
Qeyd edək ki, 2011-ci ilədək nazirliyin balansında olan bu sahə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. İdarənin rəisi isə Yunusov Eldar Əli oğludur.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin...