Bu bölgələrdəki şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı yekunlaşdırılacaq - Nazir AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Siz mənzil proqramı ilə bağlı görülmüş işləri artıq qeyd etdiniz. Bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir.
BAKU.WS xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
"Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımıza təqdim edilməsi planlaşdırılır. Beləliklə, biz Bakı, Sumqayıt və Abşeron ərazisində Sizin tapşırığınıza uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...