Bu bölgələrdə 73 mindən çox abonentin qazı olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək.
Bu məqsədlə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonları tam olaraq (ümumi 46 071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26 672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...