Bu bacı-qardaş karantin rejimi zamanı etdikləri ilə hər kəsin diqqətini çəkib - VİDEO

Bu bacı-qardaş karantin rejimi zamanı etdikləri ilə hər kəsin diqqətini çəkib - VİDEO
Video
Sosial 270

İsmayıllıda yaşayan Hüseynovlar ailəsinin iki azyaşlı üzvünü "kitab qurdu" adlandırmaq olar. 9 və 10 yaşlı bacı-qardaş karantin rejimi dövründə ümumilikdə 38 kitab oxuyub. Deyirlər ki, onlar kitab oxumaqdan xüsusi zövq alırlar və bu kitablar onların həyatına müsbət təsir edir.

Son ayyarım ərzində 9 yaşlı Zərifə Hüseynli 20, 10 yaşlı Ədalət Hüseynli isə 18 bədii kitab oxuyub... Bu bacı-qardaş xüsusi karantin rejimi dövründə evdə qaldıqları vaxtı beləcə səmərəli keçirir...

İsmayıllı rayonunda Hüseynovlar ailəsinin iki övladı karantin dövründə çox sayda kitab oxumaqla məşğuldur.

Uşaqlar bədii ədəbiyyatın onların həyatlarına müsbət təsir etdiyini deyirlər.

Uşaqların anası Dilrubə Hüseynova da kitab oxumağı çox sevir. Uşaqlarda kitab oxumağa həvəsi də o oyadıb.

Uşaqlarda kitab oxumaq həvəsi 2 il əvvəl yaranıb və indiyə qədər Zərifə 86, Ədalət isə 100-dən çox kitab oxuyub. Oxumağa yaşlarına uyğun kitablarla başlayan məktəblilər hazırda macəra, dedektiv və klassik janrlarda, həmçinin tarixi və asan dildə yazılmış elmi mövzularda kitablar oxuyurlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər