Britaniyalı səyyah: Azərbaycanda geniş bir ərazinin minalarla çirkləndirildiyini görmək kədərlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda geniş bir ərazinin minalarla çirkləndirildiyini görmək kədərlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyadan olan səyyah Avi Rosenfeld danışıb.
Səyyah bildirib ki, Azərbaycan hökumətinin minalanmış ərazilərdə həyata keçirdiyi təmizləmə prosesi təqdirəlayiqdir:
"Bu, mənim minalanmış əraziyə ilk gəlişimdir. Qarabağda bəzi yerlərə maşınla getdik və həmin ərazilərdə basdırılmış minaları gördük. Düşünürəm ki, Azərbaycan hökumətinin minalanmış ərazilərin təmizlənməsi istiqamətində çox yaxşı bir proses icra edir".
A.Rosenfeld minatəmizləmə prosesindən təsirləndiyini vurğulayıb:
"Minatəmizləyənlər bizə ərazini necə təmizlədiklərini izah etdilər və bildirdilər ki, bu əraziləri tamamilə təmizləmək çox uzun müddət çəkə bilər. Bunu eşitmək və bu qədər ərazinin minalarla çirkləndirildiyini görmək olduqca kədərlidir".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...