Britaniya ştammı ilə bağlı AÇIQLAMA - yoluxma və ölüm sayı arta bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Britaniya ştammının insan tələfatına səbəb olub-olmaması çox da əhəmiyyət kəsb etmir. Çünki ölüm sayı eyni nisbətdə olsa belə, yoluxma sayları artdığı halda bu, ölüm göstəricilərini də artıra bilər.
BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili, tanınmış həkim Rəşad Mahmudov deyib.
“Koronavirusun mutasiyaya məruz qalma reallığı var. Bu, qeyri-adi deyil, gözlədiyimiz hadisə idi. Britaniya ştammı və ona bənzər ştamlarda yoluxma sürəti həddindən çoxdur. Bu isə o deməkdir ki, yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər.
Yoluxma sayının 4 rəqəmə yaxınlaşması bizi narahat edir. Bunu nəzərə alaraq, bayram günlərində daha ehtiyatlı davranmalıyıq”, - o bildirib.
Oxşar xəbərlər
Ölkəmizdə rast gəlinən "Britaniya ştammı" nə qədər təhlükəlidir? - AÇIQLAMA
"Bu günlərdə 3 xəstəmizdə Britaniya ştammının təsdiqlənməsi hər bir ölkə kimi bizi də narahat etməyə başlayıb". BAKU.WS xəbər verir ki, bu sözləri Milli Məclisi...