Britaniya səfiri üç azərbaycanlının minaya düşərək həlak olmasına görə başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək vəfat etməsi ilə bağlı başsağlığı verib.
BAKU.WS xəbər verir ki, o, bu barədə tvitter hesabında qeyd edib.
"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", - səfir bildirib.
Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Oxşar xəbərlər
Dünən Azərbaycanda minaya düşərək həlak olan 3 nəfərin FOTOLARI
Ötən gün Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olub. BAKU.WS minaya düşənlərin fotolarını təqdim edir: Qeyd edək ki, həmin şəxslə...