Britaniya Azərbaycanın plastik qablarla bağlı qərarından məmnundur

Britaniya Azərbaycanın plastik qablarla bağlı qərarından məmnundur
Sosial 261

Böyük Britaniya Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların idxalı, istehsalı və satışının qadağan edilməsini alqışlayır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Əla xəbərdir! Bu gün mühüm gündür. Hər il milyonlarla ton plastik qab okeanlara atılır. Biz plastikdən istifadəni azaltmaq, təkrar istifadə və təkrar emal vasitəsilə birlikdə ətraf mühiti qorumalıyıq. Yalnız birlikdə dəyişikliyə nail ola bilərik", - Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Son xəbərlər