“Brent” markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında neftin qiyməti 18 martdan azalmaqda davam edir. Koronavirus pandemiyası səbəbindən xammala tələbatın azalacağı qorxu yaradır.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ICE birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,5% ucuzlaşaraq bir barel üçün 27,93 dollara düşüb. Bu, 2016-cı ilin yanvar ayından bəri minimum göstəricidir.
WTI markalı neftin qiyməti 3,93% azalaraq bir bareli 25,93 dollara enib.
Xam neft istehsalının azalması və bununla bağlı ən böyük ixracatçılarda, xüsusilə Səudiyyə Ərəbistanında satış qiymətlərinin aşağı düşməsindən sonra OPEC+ sazişinin pozulması neftin kotirovkasının enməsinə səbəb olub.
Oxşar xəbərlər
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...