Braziliyada 823, İtaliyada 674 nəfər koronavirusdan vəfat edib

Braziliyada 823, İtaliyada 674 nəfər koronavirusdan vəfat edib
Sosial 42

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 52 544 nəfər yoluxub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 162 978 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 823 nəfər ölüb, ölənlərin ümumi sayı 185 650 nəfər təşkil edir.

İtaliyada da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 17 992 nəfər artıb.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 674 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 67 894 nəfərə çatıb. Ölkədə hazırda 627 798 aktiv koronavirus xəstəsi var, onlardan 2819-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 921 778 nəfərdən 1 226 086 nəfər sağalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər