Böyük Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq

Böyük Britaniyada çərşənbə axşamı 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq.
Səhiyyə Nazirliyi bu həftə başlayacaq COVID-19 peyvəndinin istifadəsini ölkə tarixinin ən əhatəli peyvənd tətbiqi olaraq tarixə düşəcəyini qeyd edib.
Peyvənd ilk növbədə səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq.
Bu həftə istifadəyə veriləcək peyvənd dozaları soyuducu qabların köməyi ilə Belçikadan krallığa gətirilib.
Peyvəndin mənfi 70 dərəcədə saxlanılması lazımdır. Bu səbəbdən peyvənd əvvəlcə xüsusi şərtlər təmin edə biləcək 50 xəstəxanada istifadə ediləcək.
Oxşar xəbərlər
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ
BAKU.WS ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrinin “Report”un xüsusi müxbirinə müsahibəsini təqdim edir: - Hazırda koronavirus pand...