Bölgələrdə küçə və yaşayış binaları belə dezinfeksiya olunur - FOTO

Bölgələrdə küçə və yaşayış binaları belə dezinfeksiya olunur - FOTO
Foto
Sosial 246

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işlərinə başlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, dezinfeksiya işləri iki istiqamət üzrə, Kəpəz və Nizami rayonlarında aparılıb.

Profilaktik tədbirlərin həmçinin şəhərin digər yaşayış massivlərində, iri qəsəbələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Dezinfeksiya işlərinin mütəmadi şəkildə, ay ərzində bir neçə dəfə təşkili planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər