Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Nağıyev Ağdamda dəfn olundu - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid Zahid Baxış oğlu Nağıyevin nəşi Ağdam rayonuna aparılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Evoğlu kəndində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, kənd sakinləri, müharibə iştirakçıları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid Evoğlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Zahid Baxış oğlu Nağıyev 1975-ci il yanvarın 1-də anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində itkin düşüb.
Zahid Nağıyev Ağdam rayon Xındırıstan kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunubmuş.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
