Biri direktor olmaqla 15 nəfər işdən çıxarıldı

Biri direktor olmaqla 15 nəfər işdən çıxarıldı
Sosial 285

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru vəzifəsindən azad edilib.

Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.

Bildirilib ki, aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda bildirilib ki, hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ən çox balı onlar topladı - SİYAHI

Ən çox balı onlar topladı - SİYAHI

Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. BAKU.WS "Azərbaycan Univ...

32 Sosial 14:29 16 aprel 2024

Son xəbərlər