Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib
Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun "20 Yanvar" stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Məlumatda qeyd olunub ki, bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, "Koroğlu" m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.
Qalereya
Oxşar xəbərlər
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ! - Bu ərazidə qaz olmayacaq
Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq. Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən bildirilib ki, 23 dekabrda Sumqay...