Bir gündə 70-dən çox şəxs COVID-19 pasportu olmadığına toyda iştirak edə bilmədi

Bir gündə 70-dən çox şəxs COVID-19 pasportu olmadığına toyda iştirak edə bilmədi
Sosial 71

Dekabrın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

BAKU.WS AQTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, monitorinq 126 şadlıq sarayında, dörd şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Dörd nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər