Binəqədi icra hakimiyyəti xalqın pulunu yeyib: Sakinlər yolu kəsdilər – VİDEO/FOTO

Binəqədi icra hakimiyyəti xalqın pulunu yeyib: Sakinlər yolu kəsdilər – VİDEO/FOTO
Video
Sosial 6600

"Avtovağzal” metro stansiyasının yaxınlığındakı depo tuneli qazılan zaman evləri dağılan Binqədi rayon, Xocahəsən qəsəbəsinin sakinləri bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunu bağlayıblar.

BAKU.WS xəbər verir ki, Motodrom ərazisində məskunlaşan sakinlər onlara ödənilən kampensasiyanın Binəqədi rayon icra hakimiyyəti tərəfindən mənimsənildiyini iddia edirlər. 

"Avqustun 15-də bizim və bizim kimi bir neçə qonşunun evi bərbad vəziyyətə düşüb. Metropoliten əməkdaşları evləri boşaltdı, bizi kirayə mənzillərə çıxartdı, tezliklə köçürüləcəyimizi dedilər. İndi bir neçə gündür ki, İcra nümayəndəliyindən gələn şəxslər evin kvadratmetrinin 500 manatdan hesablanacağını deyir”.

Sakinlər dəymiş zərərin müqabilində təklif olunan kampensasiyanın çox az olduğunu deyirlər: "Bizə verilən pulla heç yerdən ev ala bilmərik. Bundan əlavə biz bilirik ki, Maliyyə Nazirliyi plana düşən evlərin kvadratmetrini 1500 manatdan hesablayıb. Buna baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti özbaşınalıq edir, camaatın kompensasiyanı yeyirlər". Hökümətin bu qədər az məbləğdə kompensasiya verməsi mümkünsüzdür", - etirazçılar musavat.com-a bildiriblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ittihamlara cavab verməkdəın imtina ediblər. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə Metropolitenin hazırda heç bir köçürülmə və yaxud kompensasiya işini icra etmir. "Problemlə aidiyyatı qurumlar məşğul olub”, - Paşayev əlavə edib. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sənədsiz evlərin söküntüsü başlandı (VİDEO)

Bakıda sənədsiz evlərin söküntüsü başlandı (VİDEO)

Yasamal rayonunda Qanlı gölün ətrafındakı söküntü işləri sakinlərin narazılığına səbəb olub. Göl ətrafındakı evlərin həyətyanı və təsərrüfat sahələri icra haki...

20641 Hadisə 09:12 04 sentyabr 2016

Son xəbərlər