Biləsuvarda tərəvəz sahələri iki dəfəyə yaxın artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda tərəvəz bitkilərinin əkininə bu il daha çox üstünlük veriləcək.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu il yazlıq əkin dövründə 3 000 hektar sahədə tərəvəz məhsullarının əkini planlaşdırılır.
Yerli fermerlərin sözlərinə görə, bu bitkilərin əkininə üstünlük vermələrinin səbəbi tərəvəz məhsullarının sərfəli qiymətə alınmasıdır.
Rayon ərazisində ən çox pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz məhsulları becərilir.
Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 1 822 hektar sahədə tərəvəz məhsulları yetişdirilib.
Oxşar xəbərlər
Azərbaycanda soğan istehsalı artacaq: ixrac kvotasının yenilənməsinə ehtiyac varmı?
Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır. Azərbaycan soğanı özünün yüksək keyfiyyəti ilə seçilir və istehsalın 8-10 %-ni ixrac edir....