Biləsuvarda 6 küçəyə şəhidlərin adı verilib - FOTO

Biləsuvarda 6 küçəyə şəhidlərin adı verilib - FOTO
Sosial 4

Biləsuvar rayonunun Təzəkənd kəndində altı küçəyə şəhidlərin adı verilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamla rayonun Təzəkənd kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adları verilib.

Həmin şəhidlər Ruslan Şirinov, Tacəddin Quliyev, Fərqan Manafov, Amid İsmayılov, Əlizadə Bayramov və Elməddin Əhmədlidir. Artıq sözügedən küçələrə ünvan lövhələri də vurulub.

Biləsuvarda 6 küçəyə şəhidlərin adı verilib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər