Biləsuvar sakini zəlzələdə başına gələnləri danışdı: "İş gördüyüm yerdə ayağımın altı getdi"
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda 54 kilometr dərinlikdə zəlzələ qeydə alınıb.
Qısa çəkən yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Biləsuvar sakinləri zəlzələ anı ilə bağlı Baku TV-yə danışıblar.
"İş gördüyüm yerdə ayağımın altı getdi. Çilçıraq da tərpəndi. Zəlzələ təxminən bir dəqiqə davam etdi", - deyə sakin Ədalət Mayılov söyləyib.
Fövqəladə Hallar Nazirliyindən, həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının açıqlamasında bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti ilə bağlı məlumat daxil olmayıb.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...