Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb

Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb
Foto
Sosial 163

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən daha 20 ailə - 91 sakin olmaqla Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 11 ailə - 40 nəfər, Şirvan şəhərindən 2 ailə - 5 nəfər, Zaqatala rayonundan 1 ailə - 8 nəfər, Cəlilabad rayonundan 1 ailə - 6 nəfər, Şabran rayonundan 1 ailə - 5 nəfər, Mingəçevir şəhərindən 1 ailə - 4 nəfər, Hacıqabul rayonundan 1 ailə - 4 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 2 nəfər olmaqla 39 ailə - 165 nəfərin Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 326 ailə - 1 334 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Son xəbərlər