Biləcəridə yeni yol nişanı ilə bağlı NARAZILIQ - "Evə getmək üçün 5 km fırlanmalıyıq"
Bakıda yeni qoyulan yol nişanı sakinlərin və sürücülərin böyük narazılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər soial şəbəkədə yayılıb.
Belə ki, məcburi sağa dönmə göstərişi verən nişan Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki sakinlərin kefinə "soğan doğrayıb".
Bakı-Sumqayıt yolunun Biləcəri hissəsində qoyulan nişan həm şəhər istiqamətinə gedən, həm də evlərinə getmək istəyənlərə böyük problem yaradıb. Sakinlər illərdir istifadə etdiyi həmin yola girmək üçün əvvəlcə məcburi olaraq sağa dönməli və Bakı-Sumqayıt yolunda 5 kilometr yol getdikdən sonra fırlanaraq geri qayıtmaq məcburiyyətindədirlər.
Bu isə həm vaxt itkisinə, həm də həmin yola əlavə avtomobillərin daxil olması ilə böyük tıxaclara səbəb olur.
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib. Bu barədə BAKU.WS-ə idarədən məlumat verilib. Bildirilib ki, bayram günlər...