Bəzi xəstəliklərlə bağlı dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
"İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri xidmətlər zərfi çərçivəsində qarşılanır.
"Resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur", - deyə Zaur Əliyev vurğulayıb.
Oxşar xəbərlər
May ayında bu meyvələri yemək məsləhət deyil - SİYAHI
May ayı təbiətin canlandığı, bazarlarda rəngarəng meyvələrin bol olduğu dövrdür. Lakin bu bolluq hər zaman sağlam seçim demək deyil. BAKU.WS-in məlumtına görə,...