Bəzi məhsulların yeni gömrük rüsumu müəyyən edildi - QƏRAR
Təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən xəbərə görə, bu qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.
Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.
Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.
Oxşar xəbərlər
Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür
Bəzi insanlar baş verən hadisələri digərləri ilə müqayisədə daha çox düşünür, deyilən sözləri uzun müddət yadda saxlayır və kiçik problemləri belə özlərinə də...