Bəzi ərazilərdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
"Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...