Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır
Bəzi bölgələrdə şagirdlərin təxminən 80 faizinin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
O qeyd edib ki, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır:
"Oxu savadlılığı aşağı olan bölgələrdə sertifikatlaşdırma imtahanlarında bu müşahidə olunub. Həmin bölgələrdə müəllimlərlə genişmiqyaslı iş aparmaq lazımdır. Xüsusilə, Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməlidir".
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...