Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının sevinc içində seçkilərə gəldiyini görürük”
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi prosesini izləyirik. Hazırda seçki məntəqəsindəyik, seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Özbəkistandan olan beynəlxalq seçki müşahidəçisi Xalmuxammed Paluanlyazov deyib.
Özbəkistandan olan beynəlxalq müşahidəçi qeyd edib ki, məntəqədə seçki prosesinin baş verməsi üçün bütün qaydalara əməl edilir.
“Seçicilər məntəqəyə gəlir, onlar seçici siyahısında adlarını aşkarladıqdan sonra müəyyən prosedurdan keçir, bülleteni götürərək səsvermə kabinələrinə keçirlər. Orada istədikləri namizədə səs verdikdən sonra bülleteni seçki qutusuna atırlar. Biz düşünürük ki, seçki prosesi normal şəkildə keçəcək. Azərbaycan xalqının sevinc içində, ölkənin gələcəyinə inam nümayiş etdirərək seçkiyə gəldiyini görürük. Biz Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq. Bizim xalqlarımız çox yaxın, doğmadırlar. Buna görə də seçki prosesinə bu cür yüksək səviyyəli hazırlığa görə, təşəkkür edirik”, - deyə Xalmuxammed Paluanlyazov vurğulayıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...