Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu
08
yan
2026
16:20
Masallı rayonu Viləş bələdiyyəsinin sədri Alim Ələmovun ölkədən çıxışına "stop" qoyulub.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, buna Viləş bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 71.62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 21 978.58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1 107.88 manat məbləğində borc səbəb olub.
Ümumilikdə 23 158 manat borcun ödənilməsini təmin etmək məqsədilə bələdiyyə sədrinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilib.
Oxşar xəbərlər
Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq
Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərb...