Belarus kömək üçün Rusiya Federasiyasına müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus rəhbərliyi Rusiyadan koronavirus pandemiyasına qarşı mübarizədə yardım istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Minsk diplomatik kanallar vasitəsi ilə Moskvaya rəsmi sorğular göndərərək koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün test avadanlıqları, tibbi maskalar və mexaniki havalandırma cihazları verməsini xahiş edib.
Qeyd edək ki, SARS-CoV-2 koronavirusunun səbəb olduğu COVID-19 infeksiyası Çində dekabr ayında başlayıb. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.
Belarusun Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 163 xəstə müəyyən edilib. Dünən prezident Aleksandr Lukaşenko koronavirus infeksiyasına yoluxan ilk şəxsin öldüyünü açıqlayıb.
Belarus hələ də COVID-19-un yayılmasına qarşı sərt tədbirlər görməyib - sərhədləri açıqdır, təhsil müəssisələri, kinoteatrlar, ticarət mərkəzləri və restoranlar adi şəraitdə işləyir.
Oxşar xəbərlər
Qonşu ölkələrdə COVID-19-a yoluxan və sağalanlar - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus pandemiyasına 150-dən çox ölkədə rast gəli...