BDYPİ sürücülərə xəbərdarlıq etdi

BDYPİ sürücülərə xəbərdarlıq etdi
Sosial 6

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.

Qurum hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməli, hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan çəkinməlidirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə müraciət - DİQQƏTLİ OLUN!

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə müraciət - DİQQƏTLİ OLUN!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. BDYPİ-dən BAKU.WS-ə daxil...

88 Sosial 09:46 24 sentyabr 2022

Son xəbərlər