BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən yeni xəbər var
04
fev
2020
13:59
Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.
Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.
Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır.
O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb.
Oxşar xəbərlər
BDU virus təhlükəsi ilə xəstəxanaya aparılan tələbə ilə bağlı açıqlama yayıb
Bakı Dövlət Universiteti (BDU) Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilən tələbə ilə bağlı açıqlama yayıb. BDU-nun mətbuat xidmə...