BDU virus təhlükəsi ilə xəstəxanaya aparılan tələbə ilə bağlı açıqlama yayıb
Bakı Dövlət Universiteti (BDU) Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilən tələbə ilə bağlı açıqlama yayıb.
BDU-nun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzdə karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır.
"Liu Yousha yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı virusun əlamətləri müşahidə olunmayıb. Onu da qeyd edək ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTM-ə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti müşahidə olunmayıb".
Bildirilir ki, Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.
"Bakı Dövlət Universitetində çoxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və universitet rəhbərliyinin diqqətində saxlanılır", - deyə açıqlamada bildirilir.
Oxşar xəbərlər
Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan vəfat edib
1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub. Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, bu, BDU-nun Amerikaşünaslıq fakültəsinin II...