Bazar gününün hava proqnozu

09
noy
2019
12:31
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da havanın dyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti , Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Oxşar xəbərlər
Elşad Qarayev eks gəlinini polisə verir: "Əlimdə tərbiyəsiz səs yazıları var" - VİDEO
Müğənni Elşad Qarayev keçmiş gəlini Günaydan polisə şikayət edəcək. BAKU.WS xəbər verir ki, buna səbəb Günayın "Hər şey daxil" proqramında Rəvan Qarayevlə bağlı...
