Bayramqabağı bunu edənlərə XƏBƏRDARLIQ - Almaq da qadağandır
Yeni ilin gəlişinə sayılı günlər qalır. Hər il olduğu kimi, bu ərəfədə ölkəyə külli miqdarda pirotexniki vasitələrin - fişəng, müxtəlif partlayıcı oyuncaqların gətirilməsi cəhdləri artır. Məlum məsələdir ki, bu vasitələrin həm gətirilməsi, həm də satışı və istifadəsi qanunla qadağandır.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır.
Bundan başqa, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən "xüsusi icazə" əsasında yol verilir.
"Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir. Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər. Ona görə də vətəndaşları bu kimi əməllərə yol verməməyə çağırırıq".
Oxşar xəbərlər
Nazirlik məşhur klinikada yoxlama keçirdi: Lisenziyası olmadığı üzə çıxdı
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, özəl klinikada yoxlam...