Bayramda qurban kəsmək istəyənlər üçün VACİB AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq hazırlıq işləri həyata keçirir”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Agentliyin şöbə müdiri Mansur Piriyev danışıb.
O bildirib ki, AQTA əməkdaşları həm paytaxt Bakıda, həm də respublikanın digər bölgələrində Qurban bayramı ilə əlaqədar qurulacaq stasionar kəsim məntəqələrinin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları ilə birgə işlər aparırlar:
“Həmin ünvanlarla bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək. İstənilən halda vətəndaşlarımız Qurban bayramını pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirməyə maraqlı olmalıdırlar”.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, f...